Asiya.az xəbər verir ki, şirkətin PR meneceri Nigar Mehdiyevanın sözlərinə görə, "Embawood MMC" şirkəti olaraq ictimai borcumuzu, Korporativ Sosial Məsuliyyət öhdəliklərimizi hər zaman qürürla həyata keçirir və bu istiqanətdə atılan bütün addımlara dəstək oluruq.
Bundan əlavə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Embawood MMC" şirkətinin mərkəzi ofis, fabrik, anbar və satış mərkəzlərində mütəmadi olaraq dezinfeksiya işləri və profilaktik tədbirlər həyata keçirilir.
Xatıarladaq ki 1996-cı ildən bu yana fəaliyyət göstərən "Embawood MMC" 5 brend üzrə 130 mağazaya sahib olaraq mebel sektoru üzrə ölkəmizi dünyada da qürurla təmsil edir.