Sabiqlər koronavirusla mübarizəyə nə qədər ianə ayırıb? - SİYAHI

Sabiqlər koronavirusla mübarizəyə nə qədər ianə ayırıb? - SİYAHI
  • İqtisadiyyat

  • Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir...

    İndiyədək Fonda 112 milyon 574 min 165 manat vəsait köçürülüb.

    Bu məbləğin 20 milyon manatı Prezidentin Ehtiyat Fondundan köçürülüb. Qalan hissəsi isə hüquqi (3095) və fiziki şəxslər (10230) tərəfindən yardım edilib. Hüquqi şəxslərdən yığılan vəsaitin məbləği 85 milyon 252 min 958, fiziki şəxslərdən yığılan vəsait isə 6 milyon 980 min 625 manatdır.

    Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı sözügedən Fonda ianə edən şəxslər arasında keçmiş məmurlar, deputatlar da var.

    Asiya.az Modern.az-a istinadən onların adlarını və köçürdüyü vəsaitin miqdarını (manat) təqdim edir:

    İsmət Abbasov (Baş Nazirin keçmiş müavini) - 5000

    Hacıbala Abutalıbov (Baş Nazirin keçmiş müavini) - 37 200

    Əflatun Amaşov (keçmiş deputat) - 1730

    Tağı Əhmədov (Bakı Metropoliteninin keçmiş rəisi) - 5000

    Əvəz Ələkbərov (keçmiş Maliyyə naziri) - 5500

    Aydın Əliyev (Dövlət Gömrük Komitəsinin keçmiş sədri) - 3000

    Heydər Əsədov (keçmiş Kənd Təsərrüfatı naziri) - 5000

    Çingiz Əsədulla (keçmiş deputat) - 10 000

    Əliağa Hüseynov (keçmiş deputat) - 2000

    Nazim İmanov (keçmiş deputat) - 500

    Abel Məhərrəmov (BDU-nun keçmiş rektoru, keçmiş deputat) - 3000

    Nuşirəvan Məhərrəmli (MTRŞ-in keçmiş sədri) - 1000

    Etibar Məmmədov - (keçmiş deputat, AMİP lideri)

    Qərib Məmmədov (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri) - 500

    Ziya Məmmədov (keçmiş Nəqliyyat naziri) - 2000

    Səlim Müslümov (keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) - 4500

    Çingiz Qənizadə (keçmiş deputat) - 500

    Elxan Süleymanov (keçmiş deputat) - 7800

    Elmira Süleymanova (keçmiş ombudsman) - 1000

    Mirzəcan Xəlilov (keçmiş deputat) 10 000

    Dilarə Seyidzadə ( Prezidentin keçmiş köməkçisi) - 2000

    Əli Həsənov (Prezidentin keçmiş köməkçisi, şöbə müdiri) - 2250.
    PAYLAŞ:

    Oxşar xəbərlər