Rotterdamdan “Eurovision”un keçirilməsi ilə bağlı açıqlama

Rotterdamdan “Eurovision”un keçirilməsi ilə bağlı açıqlama
  • Mədəniyyət

  • Rotterdam şəhər şurası “Eurovision” mahnı müsabiqəsini 2021-ci ildə keçirməyə hazır olduğunu bildirib.

    Müsabiqə əvvəlcədən planlaşdırılan “Ahou” zalında keçiriləcək. Təşkilatçılar zalın icarəsi, əlavə mühafizə və reklam xərcləri üçün daha 6,7 milyon avro vəsait ayırmağı planlaşdırırlar.

    Nəşr qeyd edir ki, “Eurovision”un 2020-ci ilə planlaşdırılan buraxılışı üçün Rotterdam artıq 15 milyon avro xərcləyib.

    Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən müsabiqə bu il keçirilməyəcək. (Qafqazinfo.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər