Asiya.az xəbər verir ki, Masallı Elektrik Şəbəkəsinin rəisi Namis Məhərrəmovun tapşırığı, həmin idarənin balans şöbəsinin rəisi Famil Yaqubovun göstərişilə Masallı rayonu ərazisində karantin rejminə görə işləyə bilməyib, elektrik enerjisinə borcu olan bir neçə iaşə və ticarət obyektinin elektrik naqili kəsilib.
Həmin şəxslərdən biri də Anar Əhmədovdur. Masallının Ərkivan qəsəbəsində “Cənub market”in sahibi olan Anar Əhmədov bildirib ki, karantin rejminə görə 2 aydır ki, alveri yaxşı getmir. Bu səbəbdən də elektrik enerjisinə olan borcunu ödəyə bilməyib.
Anar Əhmədov
"Masallı Rayon Elektrik Şəbəkəsinin işçiləri heç bir əsas, Məhkəmə qərarı olmadan marketin elektrik xətti kəsdilər".
Masallı rayonunda sahibkarlar üçün yaradılmış çətinliklər təkcə, Anar Əhmədovla yekunlaşmır. Belə ki, rayonundan olan bir qrup sahibkar karantin rejmi bitdikdən sonra Masallı Rayon Elektrik Şəbəkəsinin özbaşınalığı ilə əlaqədar, həm Energetika Nazirliyinə, həm də "Azərenerji"yə şikayətə gedəcəklərini bildiriblər.