Asiya.az "Report"a istinadən xəbər verir ki, S.Məmmədov uzun müddət Göyçayda müğənniliklə məşğul olub.
Qeyd edək ki, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü S.Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb. Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 82 yaşlı şəxs orada vəfat edib.