Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – FOTO

Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – FOTO
  • Sosial / Manşet

  • Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində bir vaxtlar öz əzəməti ilə seçilən və tarixi binada yerləşən, Azərbaycan Dəmiryolları QSC-nin balansına aid olan Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir.

    Asiya.az
    -a danışan qəsəbə sakinləri bildiriblər ki, “80-90-cı illərə qədər bu Mədəniyyət Evində tamaşalar göstərilib, filmlər nümayiş olunub, dərnəklər fəaliyyət göstərib. Ancaq illərlə baxımsızlıq nəticəsində bərbad vəziyyətə düşüb”

    Onların sözlərinə görə, Mədəniyyət Evi hazırda şəhid Zaur Qurbanovun adını daşıyır. “Böyük bir qəsəbədə yerləşən nadir və tarixi Mədəniyyət Evinin təmir edilib, yenidən sakinlərin ixtiyarına verilməsi həm də şəhidimizin adına hörmət olar” deyə sakinlər bildiriblər.

    Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurları korrupsiya və rüşvətə görə həbs edilib. Nazirliyin uzun illərdir dövlət vəsaitlərini təyinatı üzrə xərcləmədiyi də üzə çıxıb.
    Hazırda bu iş üzrə istintaq davam edir.
    Hacıağa Qayıbov
    Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – FOTO
    Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər