Asiya.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Bazarın ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.
Taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.