Bugünə qədər ən çox yoluxma isə 273 nəfərlə dünən qeydə alınıb. Bundan başqa yoluxanlar arasında dövlət qurumları və digər şirkətlərin əməkdaşları da var.
Asiya.az yeniavaz.com-a istinadən sözügedən şirkətlərin və koronavirusa yoluxan əməkdaşların siyahısını təqdim edir:
Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin altı əməkdaşı koronavirusa yoluxmuşdu. Bu barədə məlumatı İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov təstiq etmişdi. Onun sözlərinə görə, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslər olub.
Əməkdaşları koronavirusa yoluxan bir digər şirkət Sumqayıt Telekommunikasiya Qovşağıdır. Məlumatı şirkətin rəisi Nəriman Salmanov təsdiq edərək, iki nəfərdə virusun aşkarlandığını qeyd edib.
Bundan başqa TƏBİB-in rəsmi məlumatına görə, Bakı Tikiş Evi, “Baku Steel Company” və Ədliyyə Nazirliyinin müvafiq strukturlarında da yoluxma qeydə alınıb.
Bakı Tikiş Evi - 64 nəfər;
“Baku Steel Company” - 48 nəfər;
Ədliyyə Nazirliyinin müvafiq strukturlarında - 46 nəfər koronavirusa yoluxub.
Bakının məşhur gözəllik salonlarından biri “Orxideya” Beauty Studionun Xalqlar Dostluğu filialında da yoluxma aşkarlanıb. Belə ki, məlumatı “Orxideya” Beauty Studiodan təsdiqləyiblər və üç əməkdaşında koronavirus aşkarlandığı bildirilib.