Sərt karantin rejimi uzadılır? – RƏSMİ AÇIQLAMA

Sərt karantin rejimi uzadılır? – RƏSMİ AÇIQLAMA
  • Cəmiyyət / Manşet

  • Son günlər sosial media və bir çox KİV-də sərt karantin rejiminin uzadılması və ya tez bitməsi ilə bağlı xəbərlər yer almaqdadır.

    Asiya.az
    xəbər verir ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda karantin rejimi avqust ayının 1-nə qədər uzadılıb.

    Qazet.az-ın suallarını cavablandıran millət vəkili Fazil Mustafa bildirib ki, belə davam edərsə, karantin müddəti daha da uzadıla bilər. Çünki məsuliyyətsiz vətəndaşlara görə yoluxmaların sayı hər gün artmaqdadır.

    “Rejim niyə uzadıla bilər? Ona görə bu ola bilər ki, Gürcüstanda və ya başqa yerlərdə əhali pandemiyaya qarşı mübarizədə çox ciddi iştirak edirlər. Hər hansı problem yaratmırlar. Siz görürsünüz ki, küçəyə çıxanların 10 nəfərindən 2-də maska var. Bu o deməkdir ki, karantinin uzadılması üçün çalışan bir qüvvə var. Hökumət karantini uzatmağın marağında deyil. Biz məsuliyyətli davranan vətəndaşların sayını artırmalıyıq”, – deyə millət vəkili qeyd edib.

    Qeyd edək ki, mövcud karantin rejiminin müddətinin uzadılması gedişatdan və ən əsası Operativ Qərargahın qərarından asılı ola bilər.

    Sərt karantin rejimi uzadılır? – RƏSMİ AÇIQLAMA
    PAYLAŞ:

    Oxşar xəbərlər