İranda hər 13 dəqiqədə bir nəfə koronavirusdan ölü

İranda hər 13 dəqiqədə bir nəfə koronavirusdan ölü
  • Dünya

  • "İranda hər 13 dəqiqədə bir nəfər koronavirusdan ölür, hər 33 saniyədə isə bir nəfər epidemiyaya yoluxur".

    Asiya.az
    xəbər verir ki, bunu İran səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib. O, həmçinin bildirib ki, İran yoluxma sayına görə dünyada 10-cu, virusdan ölüm sayına görə isə 9-cu yerdədir.

    Pandemiyaya qarşı ən etibarlı vasitə olan maska taxmağı təşfiq etmək məqsədilə bu gündən etibarən ölkədə "Mən maska taxıram" kampaniyası başladılıb.

    Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bir neçə gün əvvəl yoluxmaların yüksək olduğu bölgələrdə maska taxmağın məcburi ediləcəyini, lakin bu tədbirin yetərli sayda maska istehsalından sonra həyata keçiriləcəyini bildirmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər