Çingiz Qənizadənin oğlu prokuror müavini təyin edildi

Çingiz Qənizadənin oğlu prokuror müavini təyin edildi
  • Siyasət

  • Prokurorluq orqanlarında yeni təyinatlar olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

    Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müaviniKənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən yeni təyinatları təsdiqləyiblər.

    Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər