İcra başçısı oğluna toy etməsi iddialarına cavab – Şəxsi məsələdir

İcra başçısı oğluna toy etməsi iddialarına cavab – Şəxsi məsələdir
  • Araşdırma / Cəmiyyət

  • Sosial şəbəkələrdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turala toy etməsi barədə xəbər yayılıb.

    Məlumata görə, başçı Yevlax rayonunda yerləşən evində Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışan oğlu Tural İsayevə toy çadırıb. Tural isayev Baş Prokurorluğun əməkdaşı Fazil Həsənəliyevin qızı ilə evlənib.

    Asiya.az xəbər verir ki, Bizimyol.info xəbərin düzgün olub-olmamasına aydınlıq gətirməyə çalışdıq. Bərdə rayon İcra Hakimiyyətindən zəngimizə cavab olaraq bildirildi ki, bu barədə onlarda məlumat yoxdur. “Üstəlik toy olsa belə, bu ailənin şəxsi işidir, öz həyətində ailə içində kiçik nikah mərasiminin keçirilməsi niyə problem olmalıdır?”,- deyə adını çəkmək istəməyən şəxs sualımıza cavab verdi.

    Xatırladaq ki, bir neçə gün öncə Bakıda evdə ad günü məclisinə toplanmış 5 sadə vətəndaşa cərimə yazılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər