Asiya.az xəbər verir ki, Qafqazinfo-nun əməkdaşları iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Elşad Dönməz oğlunun Ağdam kəndində yerləşən evində olublar.
1996-cı il təvəllüdlü şəhid Baş əsgər nümunəvi hərbi xidməti ilə yadda qalıb.
Şəhid atası Dönməz Məmmədov deyir ki, varı-yoxu bir oğlu var idi, o da vətən yolunda sinəsini qabağa verdi:
“Oğlunun qanı yerdə qalmadı, ordumuza güvənim tamdır”.
Elşadın anası Nuriyə Məmmədova isə hələ də oğlunun yoxluğuna inanmır:
“Şəhid anaları ürək yanğısı ilə bala yolu gözləyir...”
İndi şəhid valideynləri Elşaddan yadigar qalan altı aylıq Məhəmmədlə təsəlli tapırlar.