Millət vəkili Məşhur Məmmədovdan Qurban bayramı təbriki

Millət vəkili Məşhur Məmmədovdan Qurban bayramı təbriki
  • Araşdırma / Cəmiyyət

  • Əziz həmvətənlərim!

    Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını diləyirəm..

    İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Qurban bayramı Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir: “İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı dünya müsəlmanları ilə bərabər bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik.

    Bu əziz günlərdə Azərbaycan xalqına Allahın nəzərinin əüzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!

    Məşhur MƏMMƏDOV,
    Milli Məclisin deputatı
    PAYLAŞ:

    Oxşar xəbərlər