Asiya.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu məsələ gündəmdə deyil:
“Operativ Qərargahın brifinqində bununla bağlı suallar cavablandırıldı. Hazırda bu məsələ müzakirə olunmur. Növbəti mərhələdə bununla bağlı hansı qərar veriləcəksə, bu barədə Operativ Qərargah ictimaiyyətə açıqlama veriləcək. Ümumiyyətlə, bununla bağlı qərarı Operativ Qərargah verir”.