Asiya.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinın sədri Arzu Bağırova söyləyib.
Arzu Bağırova bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qoyub. Bu, ilk növbədə, insanların sağlamlığı üçündür. Çünki sıxlıq olan yerdə yoluxma ehtimalı da yüksəkdir.
Qeyd edilib ki, qanunun aliliyi qorunmalıdır və qanun hamı üçündür. Azərbaycan Respublikasının qanunlarının tələblərinə riayət etmək hamımızın borcudur. Qoyulan tələblərə əməl etməyənlər isə birmənalı olaraq cəzalandırılır və cəzalandırılacaqlar.
“Qanunu pozana, qaydalara əməl etməyənlərə ən ciddi cəza verilməlidir və verilir. Azərbaycan Konstitusiyasına görə, hamı qanun qarşısında bərabərdir”, - deyə ictimai birliyin sədri vurğulayıb.