Salyan Rayon İcra Hakimiyyətinin "PAŞA Holding”-lə birgə təşkilatçılığı 300 ailəyə ərzaq yardımı paylanıldı - FOTOLAR

  • Sosial

  • Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən,  ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif sosial aksiyalar həyata keçirilir.

    Asiya.a
    z xəbər verir ki, Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışına qoşularaq növbəti belə bir aksiya "PAŞA Holding” MMC-nin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Salyan rayonunda baş tutub. Aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd sovqat  bağlamanı yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, Qarabağ qazilərinə, şəhid və sosial müdafiəyə ehtiyacı olan az təminatlı ailələrə çatdırıblar.

    Aksiyadan yararlanan rayon sakinləri dövlətimiz tərəfindən onların sosial məsələlərinin həllinə daim böyük diqqət göstərildiyini, hər zaman qayğı ilə əhatə olunduqlarını bildirmiş və karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə  başda dövlət başçısı cənab İlham Əliyev və ölkənin birinci xanım Mehriban xanım Əliyeva olmaqla bütün aksiya iştirakçılarına təşəkkür ediblər.
    Salyan Rayon İcra Hakimiyyətinin "PAŞA Holding”-lə birgə təşkilatçılığı 300 ailəyə ərzaq yardımı paylanıldı - FOTOLAR
    Salyan Rayon İcra Hakimiyyətinin "PAŞA Holding”-lə birgə təşkilatçılığı 300 ailəyə ərzaq yardımı paylanıldı - FOTOLAR
    Salyan Rayon İcra Hakimiyyətinin "PAŞA Holding”-lə birgə təşkilatçılığı 300 ailəyə ərzaq yardımı paylanıldı - FOTOLAR
    Salyan Rayon İcra Hakimiyyətinin "PAŞA Holding”-lə birgə təşkilatçılığı 300 ailəyə ərzaq yardımı paylanıldı - FOTOLAR
    Salyan Rayon İcra Hakimiyyətinin "PAŞA Holding”-lə birgə təşkilatçılığı 300 ailəyə ərzaq yardımı paylanıldı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər