Binəli Yıldırım və həyat yoldaşı koronavirusa yoluxdu

Binəli Yıldırım və həyat yoldaşı koronavirusa yoluxdu
  • Dünya

  • Türkiyənin keçmiş baş naziri, millət vəkili Bineli Yıldırım koronavirusa yoluxub.

    Asiya.az
    xəbər verir ki, Bineli Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın koronavirus testi pozitiv çıxıb.

    Bineli Yıldırım bununla bağlı sosial media hesabından açıqlama verib: "Halsızlıq səbəbindən bu gün səhər Semiha xanımla Ankara Şəhər Xəstəxanasına gəldik. Edilən yoxlanış əsasında COVİD-19 testinin nəticələri pozitiv çıxdı".

    Millət vəkili təhlükəli vəziyyətin olmadığını deyib: "Hər şey yaxşıdır, sağlamlığımızda hər hansı bir narahatçılıq yoxdur. Həkimlər xəstəlik müddətini evdə keçirməyi məsləhət gördülər. Vətəndaşlarımıza qaydalara əməl etməyi tövsiyyə edirəm. Dua edir, dua gözləyirik”.

    Mələk Cabbar, Azxeber.com
    PAYLAŞ:

    Oxşar xəbərlər