Asiya.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
İlkin məlumatlara görə, Rəsulzadə kəndində iki naməlum şəxs 1968-ci il təvəllüdlü Etibar Ramazanova hücum edərək, daşla başına vurublar, nəticədə kişi huşunu itirib.
Cinayətkarlar onun mobil telefonunu və 75 manatını aparıblar.
Hücum edən şəxslərin kimliyi hələ müəyyən edilməyib. Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.
Qeyd edək ki, sentyabr ayının əvvəlindən bəri paytaxtda hələ üstü açılmayan iki quldurluq hadisəsi törədilib.