Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - RƏSMİ

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - RƏSMİ
  • Siyasət / Manşet

  • Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

    Bu barədə Asiya.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

    Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər