Asiya.az xəbər verir ki, bu barədə məlumatlar "Worldometers” portalında dərc olunub.
Həmçinin 24,6 milyondan çox koronaviruslu xəstə müalicə olunaraq sağalıb. Bundan əlavə, 1 002 383 planet sakini bu xəstəliyin qurbanı olub.
Hazırda 7 666 645 aktiv virus daşıyıcısı var ki, onların da 65 114-nün vəziyyəti ağırdır.
Ən çox yoluxma halları ABŞ (7 321 343), Hindistan (6 073 348), Braziliya (4 732 309), Rusiya (1 151 438) və Kolumbiyada (813 056) qeydə alınıb.