Yeni tələbə adı qazanan ərkivanlılar - SİYAHI

Yeni tələbə adı qazanan ərkivanlılar - SİYAHI
  • Araşdırma / Cəmiyyət

  • Masallı rayonun Ərkivan qəsəbəsində təhsilə hər zaman ciddi önəm verilib. Məhz bu təhsilin nəticəsidir ki, Ərkivandan dünya şöhrətli alimlər, tanınmış ziyalılar, rəhbər vəzifələrdə çalışan məmurlar çıxıb.

    Asiya.az
    xəbər verir ki, Ərkivanda ilk ibtidai məktəb 1920-ci ildə Əkbərxan Talışınskinin yaxından köməyi ilə açılıb. O zaman kənddə ictimai bina olmadığından dərslər Abaslı məhəlləsidə Molla Səfər İbrahim oğlunun evində türk əlifbası ilə keçirilmişdir.

    1928-ci ildə Ərkivanda Dövlət tərəfindən 7 illik məktəb istifadəyə verilir. Həmin məktəb xarici görünüşünə görə “Ağ məktəb” adlanır.
    Hazırda qəsəbədə 4 tam, 1 ümumi orta məktəb fəaliyyət göstərir.

    Bu məktəblərin məzunları arasında 100-ə yaxın alim, akademik, millət vəkili və başqa yüksək postlarda çalışan tanınmış ziyalılar var.
    Qəsəbədə olan 5 məktəbdən 4-ü (Qəsəbə 1, 3, 4 və 5 saylı) uzun illərdir ki, əsaslı təmirə ehtiyacı var. Şagirdlər uçuq-sökük, alaqaranlıq məktəblərdə çətinliklə təhsil alırlar. Amma bütün bu çətinliklərə baxmayaraq Ərkivan qəsəbəsində təhsilə maraq azalmayıb.

    Bu il Ərkivanlı məzunlardan 2 nəfər Türkiyə Universiteti olmaqla 39 nəfər müxtəlif ali təhsil ocaqlarına qəbul olub. 7 nəfər 500 baldan çox toplayıb. Ən yüksək nəaliyyəti isə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin məzunu Abbasov Ruslan Vaqif oğlu əldə edib. O, 578 balla Azərbaycan Tibb Universitetinə daxil olub.

    2020-2021-ci dərs ili üçün tələbə adını qazanan ərkivanlılar aşağıdakılardır:

    Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbdən 12 nəfər;

    1. Abbasov Ruslan Vaqif oğlu. Azərbaycan Tibb Universiteti – 578 bal
    2. Ağayeva Xədicə İlham qızı. BDU – 557 bal
    3. Cəfərova Pərvin Maqsud qızı. BDU – 553 bal
    4. Fəttayeva Rəqsanə Valeh qızı. ADPU - 492 bal
    5. Məmmədov Süleyman İlkin oğlu. Dövlət Gömrük Komitəsinin Akademiyası – 478 bal
    6. Məmmədov Natiq. BDU – 478 bal
    7. Axundov Qəni Mehman oğlu. Azərbaycan Neft və Sənaye Univerisiteti – 470 bal
    8. Məmmədov Amin Əlizamin oğlu. ADİU - 408 bal
    9. Məmmədov Qafur Fuad oğlu. ATU – 392 bal
    10. Əzizova Fidan Qiyas qızı. Bakı Avrasiya Universiteti – 300 bal
    11. Əkbərov Məhərrəm Ramin oğlu. LDU– 194 bal
    12. Abızadə Vüsal İlkin oğlu – Türkiyə Cumhuriyyəti

    Ərkivan qəsəbə 2 saylı tam orta məktəbdən (Bədirli) 10 nəfər;
    1. Hüseynov Balaş Vilayət oğlu. Azərbaycan Neft və Sənaye Univerisiteti – 558 bal
    2. Fəttayeva Rəviyyə Kəmran qızı. ADPU – 457 bal
    3. Cəbiyeva Səbinə Natiq qızı. BDU – 451 bal
    4. Məmmədov Yadigar Yaşar oğlu. ATU – 324 bal
    5. Məmmədova Nuranə Əlizadə qızı. BDU -316 bal
    6. Həmidova Aydan Hikmət qızı. ATU – 283 bal
    7. Sadıqov Səmid Habil oğlu. Bakı Mühəndislik Universiteti – 269 bal
    8. Məmmədov Yadigar Adil oğlu. BDU - 251 bal
    9. Qədirov Nurlan Firdovsi oğlu. Qərbi Kaspi Universiteti – 193 bal
    10. Dəyyanov Həmid Fariz oğlu. Türkiyə Kastamonu Universiteti

    Ərkivan qəsəbə 3 saylı tam orta məktəbdən (Bağlaküçə) 3 nəfər;

    1. Nuriyev Gündüz Elçin oğlu. Dövlət Dənizçilik Akademiyası – 500 bal
    2. Nuri Aytən Müşviq qızı. Odlar Yurdu Universiteti – 380 bal
    3. Nuriyev Nicat Nəriman oğlu. SDU -300 bal

    Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbdən (Həsənəküçə) - 14 nəfər;
    1. Quliyeva Fatimə Xanağa qızı. LDU– 561 bal
    2. Hüseynova Nəzrin Faiq qızı. Azərbaycan Xarici Dillər Uni. – 511 bal
    3. Quliyeva Zleyxa Adil qızı. ADPU– 457 bal
    4. Əşrəfov Nihad Seymur oğlu. Azərbaycan Dillər Universiteti – 429 bal
    5. Nəzərova Aysun Fərahim qızı. SDU– 366 bal
    6. İbrahimov Elnur Xanverdi oğlu. ADİU – 347 bal
    7. Nuri Tayfur Fizuli oğlu. Bakı Mühəndislik Universiteti – 329 bal
    8. Məmmədli Jalə Şahin qızı. ADPU– 311 bal
    9. Abdullayeva Arzu Famil qızı. LDU – 303 bal
    10. Həmzəyev Ramil Rəriman oğlu. ADİU – 289 bal
    11. Cəbiyeva Günel Yaşar qızı. Naxçıvan Müəllimlər Uni. – 282 bal
    12. Əşrəfoğlu Mirzə Etibar oğlu. ATU– 267 bal
    13. Həsənov Xətayi Kənan oğlu. Xəzər Universiteti – 250 bal
    14. Qənbərov Samir Fərail oğlu. Dövövlət Mədəniyyət və İncəsənət Universiteti – 211 bal

    Tələbə adı qazanan hər bir ərkivanlıya gələcək təhsillərində uğur arzu edik.
    Cəfər Cəfərov, Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər