Asiya.az xəbər verir ki, Ermənistanın tarix elmləri namizədi, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qriqori Ayvazyan "Politik.am” saytına açıqlamasında İrəvanın bu təxribatla bağlı gizli planlarını açıqlayıb:
"Ermənistana indi Rusiyanın yardımı hava-su kimi lazımdır. İrəvan buna nail olmaq üçün Azərbaycan mütləq Ermənistan ərazisinə zərbə endirməlidir”.
Onun sözlərinə görə, əgər Ermənistan dünyanın real ağrı hiss etməsini istəyirsə, Bakı, Sumqayıt, eləcə də Azərbaycandakı neft-qaz obyektlərinə raket zərbələri endirməlidir:
"Müharibə dünya ictimayətinin maraqlarına toxunduqda, onlar fəal hərəkətlərlə cavab verəcəklər. Biz Gəncə zərbələri endirdik, indi Bakıya və Sumqayıta zərbələr endirmək lazımdır ki, Azərbaycan Ermənistanı vurmaq məcburiyyətində qalsın”, – deyə o bildirib. (konkret.az)