Azərbaycanda kasıb kişinin hamını göz yaşına boğan fədakarlığı - FOTO

Azərbaycanda kasıb kişinin hamını göz yaşına boğan fədakarlığı - FOTO
  • Sosial

  • "Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm”.

    Asiya.az
    xəbər verir ki, bunu ASAN Xidmətin əməkdaşı Orxan Cəfərov sosial şəbəkədə yazıb. O, daha sonra belə qeyd edib:

    "Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım ki, qayıtdı ki, azdı? Dedim ay baba sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdi bu...

    Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi...

    Sonda "Əsgərə məktub" da yazıb elə getdi.. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi...”

    Həmin baba Şəki, Baş Küngüt kənd sakini Musayev Hikmət Məhərrəm oğlu olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər