Ərkivanda 9 may – Qələbə günü qeyd edildi – FOTOLAR

Ərkivanda 9 may – Qələbə günü qeyd edildi – FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Masallı rayonunun Ərkivan qəsəbəsində 9 may – faşizm üzərində Qələbə günü qeyd olunub.

    Asiya.az xəbər verir ki, Ərkivan Xeyriyyə Cəmiyyətinin və Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Ərkivan Şəhidlər parkı”nda baş tutub.
    Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, məktəblilər və qəsəbə ictimayəti iştirak edib.

    Tədbir iştirakçıları 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak edən ərkivanlıların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.

    Çıxış edənlər bayram münasibətilə təbriklər söyləyib, faşizm üzərində qələbə çalan babalarımızın qəhramanlıqlarından söz açıblar.

    Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.




















    PAYLAŞ:

    Oxşar xəbərlər