Erməni işğalından azad edilmiş bölgələrdə sərhəd bölmələri yaradılır (VİDEO)

Erməni işğalından azad edilmiş bölgələrdə sərhəd bölmələri yaradılır (VİDEO)
  • Siyasət / Asiya TV

  • Azərbaycan ordusu işğal edilmiş əraziləri azad edir, eyni zamanda erməni qüvvələrindən təmizlənmiş ərazilərdə zastavalar qurur. Artıq Cəbrayıl şəhərindəki zastavalarda Azərbaycan bayrağı dalğalanır.

    Asiya.az
    xəbər verir ki, bu haqda TRT Haber-in video reportajında deyilir.

    Azərbaycan ordusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını xilas etmək üçün Dağlıq Qarabağdakı əməliyyatını qətiyyətlə davam etdirir.

    Bu çərçivədə geri alınan bölgələrdə sərhəd bölmələri qurulur.

    Nəhayət, 27 ildir işğal altında olan Cəbrayılda İran sərhədinə nəzarət etmək üçün zastavalardan biri mərasimlə açılıb.

    TRT Haber-ə danışan növbətçi əsgərlərdən biri bu sözləri deyib:

    "Sizi burada görmək çox xoşdur. Qardaş Türkiyənin bizə mənəvi dəstəyi üçün çox təşəkkür edirəm. Bugünkühsevincimin həddi-hüdudu yoxdur. Bu gün 27 il acı həsrətin başa çatdığı gündür. Bu gün Azərbaycan torpağındayıq".

    Görünən odur ki, Cəbrayılın İran sərhədindəki yaşayış məntəqələri Ermənistan tərəfindən talan edilib.

    Azərbaycan ordusunun növbəti hədəfləri Laçın və Şuşadır.

    PAYLAŞ:

    Oxşar xəbərlər