Asiya.az "Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.
Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.
"Türkiyənin heç bir sülhməramlısı Qarabağa göndərilməyəcək".
Asiya.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, türkiyəli müşahidəçilərin fəaliyyəti Azərbaycanda yerləşən monitorinq mərkəzi ilə məhdudlaşacaq.