Bu xanım Moldovanın prezidenti seçildi: 48 yaşlı subay Maya Sandu kimdir?

Bu xanım Moldovanın prezidenti seçildi: 48 yaşlı subay Maya Sandu kimdir?
  • Dünya

  • Moldovanın yeni prezidentinin adı bəlli olub.

    Asiya.az
    xəbər verir ki, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 56,64 (824 min səs) faiz səslə qalib gəlib. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 45,36 (684 min) faiz səs toplaya bilib.

    Maya Sandu bəyanatla çıxış edib:

    "Söz verdiklərimizi həyata keçirmək üçün çox işimiz var. Səs verməyə gələn və bizə inanan bütün insanlara təşəkkür edirəm. Birgə cəmiyyətə ehtiyacımız var. Bizi birləşdirən bir şeyə ehtiyacımız var. Seçkilərdən sonra etməli olduğumuz ilk şey budur. İnsanları qoruyacaq və onlara qayğı göstərəcək dövlət qurmaq lazımdır”- deyə, o bildirib.

    Asiya.az azxeber.com-a istinadən Maya Sandu haqda məlumatları təqdim edir:

    Maya Sandu 1972-ci il mayın 24-də Moldova SSR-nin Faleşt rayonunun Risipen qəsəbəsində Grigori və Emiliya Sandunun ailəsindən anadan olub.

    Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil.

    1989-1994-cü illərdə 152 nömrəli addım-addım təhsil müəssisəsində təhsil alan Maya Sandu, 1995-1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlaqələr üzrə təhsil alıb.

    2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər