Asiya.az xəbər verir ki, bu barədə Modern.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, hansı istiqamətdən hansı qüvvələrin daxil olması planlı şəkildə ordu rəhbərliyi tərəfindən müəyyənləşdirilib:
“Biz bilmirik, burada hansı amillər daha böyük rol oynayır. Murovdağdan oraya yol daha yaxındır, nəinki Ağdərə istiqamətindən. Ola bilər ki, orada olan hərbi hissələr o istiqamətdədir, yaxın olduğu üçün oranı seçiblər. Hər hansı bir tapşırığı yerinə yetirərkən oraya təsir edən optimal bir variant axtarılır.
Ağdərə yolundansa, Daşkəsən və Göygöl tərəfindən Murovdağ silsiləsinə gedən yol daha əlverişli sayılır. Ağdərə istiqamətində yerləşən hərbi hissələr Kəlbəcərə getməli olsaydı, o yolu seçərdilər. Bizim əvvəlki təmas xəttindən Kəlbəcərə 30-40 km yol var. Ağdərə yolu seçilsəydi, 200 km yol getməli idik”.