4-12-2020, 15:42
1 846
Hərb
Azərbaycan ordusunun torpaqlarını azad etmək uğrunda apardığı 44 günlük müharibədə yaralanaraq bir ayağını itirən 23 yaşlı qazimiz Abbas Abbaslının müalicə aldığı xəstəxanadan çıxdıqdan sonra evinə qayıtdığı anın şəklini "Anadolu” agentliyi həftənin fotosu seçib.
Asiya.az xəbər verir ki, fotoda yaxınlarının
Abbası Azərbaycan və Türkiyə bayraqları ilə qarşılamaları əks olunub.
Qeyd edək ki, fotonun müəllifi
Rəsul Rəhimovdur.