Masallıda şəhidlərin xatirəsi anılıb - FOTOLAR

Masallıda şəhidlərin xatirəsi anılıb - FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Bu gün Masallı rayonu Boradigah qəsəbəsində yerləşən "Həzrəti Əli" məscidində Vətən Müharibəsi Şəhidlərinin xatirəsi yad edilib.

    Bu barədə Asiya.az-a Boradigah qəsəbəsi "Həzrəti Əli" məscidi dini icmasını sədri Zakir Abdullayev məlumat verib.

    Rayonun din xadimlərinin qatıldığı anım mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxış edərək, Vətən yolunda şəhid olmağın Allah dərgahında ən uca məqam sayıldığını söyləyib.

    O, bildirib ki, böyük qələbəmizi bizə bəxş edən müdrik sərkədəmiz, şanlı ordumuzun qəhrəmanları və şəhidlərimizdir.
    “44 günlük Vətən savaşının sərkərdəsi - Ali Baş Komandan İlham Əliyev başda olmaqla milli Ordumuz zəfər çalaraq tariximizə yeni səhifə açdı”.

    Natiq sonra vurğulayıb ki, “Prezident İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Qarabağı işğaldan azad etdi”.
    Anım mərasimində namaz qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
    Asiya.az
    Masallıda şəhidlərin xatirəsi anılıb - FOTOLAR
    Masallıda şəhidlərin xatirəsi anılıb - FOTOLAR
    Masallıda şəhidlərin xatirəsi anılıb - FOTOLAR
    Masallıda şəhidlərin xatirəsi anılıb - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər