Daha bir müğənni koronavirusa yoluxdu

Daha bir müğənni koronavirusa yoluxdu
  • Mədəniyyət

  • Koronavirusa yoluxan məşhurlar sırasına daha bir nəfər də qoşulub.

    Asiya.az
    xəbər verir ki, bu dəfə müğənni Xatun Əliyeva "Covid-19"a yoluxduğunu açıqlayıb.

    "Nə qədər qorunsam da, deyilənlərə əməl etsəm də, bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Daşıyıcı olduqları halda rahat insanlar arasına çıxır, ətrafındakı hər kəsi yoluxdururlar. Biz sənət adamları verilişlərə, çəkilişlərə görə məcburuq. Amma vecsiz insanların ucbatından biz də yoluxuruq. İndi məcburam ki, işimi-gücümü yox sayıb, evə qapanım", - deyə Xatun bildirib.

    Qeyd edək ki, Nailə İslamzadə, Manaf Ağayev, Ruhi Əliyeva, Lalə Məmmədova, Aydan Axundova, Şəhanə Yusifova kimi sənətçilər də koronavirusa yoluxan məşhurlar sırasındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər