Asiya.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı şəxslərin yaşayış yerini və olduğu SMS göndərmədən və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ var:
1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;
2. məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).