İran işğal olunan Azərbaycan ərazilərinin azad edilməsindən məmnundur - Əli Şəmxani

İran işğal olunan Azərbaycan ərazilərinin azad edilməsindən məmnundur - Əli Şəmxani
  • Siyasət

  • İran Azərbaycan xalqı və dövlətinə inkişaf yolunda müvəffəqiyyətlər arzulayır.

    Asiya.az
    xəbər verir ki, bunu İranın Ali Liderinin nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi kontr-admiral Əli Şəmxani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

    Ə.Şəmxaninin sözlərinə görə, İran işğal olunan Azərbaycan ərazilərinin azad edilməsindən məmnundur:

    "Tehran-Bakı münasibətləri maksimum səviyyəyə yüksəlməlidir. İkitərəfli anlaşmaların icrası və birgə layihələrin başa çatdırılması üçün addımlar atılmalıdır. Bununla yanaşı, müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlamaq olar.

    İran azad olunan ərazilərin bərpa olunmasında iştirak etməyə maraq göstərir”.///Trend
    PAYLAŞ:

    Oxşar xəbərlər