Ərdoğanın paradda söylədiyi şeirə İran sərt reaksiya verib

Ərdoğanın paradda söylədiyi şeirə İran sərt reaksiya verib
  • Dünya

  • Ərdoğanın paraddakı çıxışına rəsmi Tehran sərt reaksiya verib.

    Asiya.az
    xəbər verir ki, İran Xarici İşlər naziri Cavad Zərif “Twitter” hesabında Türkiyə prezidentinin paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirinə cavab verib.

    İran XİN rəhbəri Cavad Zərif Ərdoğanın Bakıda dediyi şeirdəki “Arazı zorla ayırdılar” ifadəsinə etiraz edib:

    “Ərdoğana izah etməliydilər ki, o yaman gündə dediyi şeirdə Arazdan şimaldakı torpaqların Ana vətən İrandan zorla qopardılmasından bəhs edilir. Ərdoğan başa düşmür ki, bu şeir həm də indiki Azərbaycan Respublikasının suverenliyini sual altına alır? Heç kəs bizim sevimli Azərbaycanımız haqda belə danışa bilməz!”

    Ərdoğanın paradda söylədiyi şeirə İran sərt reaksiya verib
    PAYLAŞ:

    Oxşar xəbərlər