Asiya.az xəbər verir ki,bununla bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ ilə bağlı konkret fikir səsləndirmək qeyri-mümkündür. Ümumi vəziyyətə baxanda görürük ki, yoluxanların sayında artım var. Martda toyların keçirilməsinə icazə verilib-verilməməsi virusun yayılma sürətindən və yoluxanların sayının azalmasından asılı olacaq.
Ümumi vəziyyətin təhlili onu göstərir ki, yoluxanların sayında artım müşahidə olunacaq. Ona görə də yaxın vaxtlarda bu məsələyə baxılması gözlənilmir. Bu proses bir neçə ay çəkə bilər. Bu gün elə gənclərimiz var ki, karantinin bitməsini gözləmir, rəsmi nikaha girərək ailələrini qururlar. Çünki bu gələcəkdə bizə demoqrafiq problemlər yarada bilər. Ona görə də vətəndaşlarımız mövcud vəziyyəti nəzərə alaraq kütləvi toy keçirmədən, rəsmi nikaha daxil olaraq ailə qura bilərlər. Amma indidən nəsə demək çətindir. Dünyada müxtəlif proqnozlar var. Bəziləri vəziyyətin bir neçə ay çəkəcəyini söyləsə də, mövcud vəziyyətin növbəti illərdə də davam edəcəyi ilə bağlı fikirlər də səsləndirilir. Mart ayından sonra toy edilməsinə icazə verilməsi məsələsi xəstəliyin artıma və azlma dinamiksından asılı olacaq. Təbii ki, bu məsələdə vətəndaş məsuliyyəti də önəmli əhəmiyyət daşıyır. Vətəndaşlarımız qoyulan qaydalara əməl etsinlər ki, proses nəzarətdən çıxmasın, eyni zamanda yoluxanların sayı minumuma düşsün ki, tezliklə normal həyatımıza qayıdaq".