Qafan Azərbaycana qaytarılırmı? – AÇIQLAMA

Qafan Azərbaycana qaytarılırmı? – AÇIQLAMA
  • Siyasət / Araşdırma / Manşet

  • "Bizim Ermənistan ərazisində hədəflərimiz yoxdur".

    Asiya.az
    xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bu gün Ermənistanla sərhəddəki 13 mövqeyin Azərbaycana təhvil verilməsindən danışarkən deyib.

    Ekspert bildirib ki, Zəngilan və Qubadlının Ermənistanla dövlət sərhədində yerləşən ərazilərinin bu gün saat 17:00-a kimi bizə qaytarılması üçün oradakı yerli və erməni silahlılarına vaxt verilib:

    Ədalət Verdiyev qeyd edib ki, noyabrın 10-da bağlanan üçtərəfli razılaşmaya əsasən, hər iki münaqişə tərəfi olduğu mövqelərdə qalıb:

    "Müqavilədə belə bir bənd vardı. Həmin müqavilənin şərtlərinə görə, biz heç Qubadlı və Zəngilanın sərhəd boyu kəndlərini azad etməyə çatdırmadıq, atəşkəsə görə mövqelərimiz erməni işğalında qaldı. İndi həmin ərazilərimizin işğaldan azad edilməsi üçün erməni tərəfinə vaxt verilib. Bu gün sonuncu gündür, saat 17:00-a kimi iş bitməlidir. Dünən artıq silahlı qüvvələrin oradan daşınmasına aid görüntüləri paylaşdım. Həmin ərazidən çıxarılan ermənilər Qafan, Gorus şəhərində hakimiyyət orqanları qarşısında etiraz mitinqləri keçiriblər ki, niyə bizi orada yaşamağa məcbur edirdiniz ki, indi də biz ikinci dəfə qaçqın düşürük? Bu, Azərbaycan xalqını ən çox narahat edəm problem idi. Nəyə görə? Çünki Azərbaycan tərəfi rəsmi mənbələrdə heç də Ermənistan sərhədində yerləşən kəndlərin azad olunması barədə rəsmi məlumat verməmişdi. Bu, doğru addım idi. Çünki bu kəndlər bizim nəzarətimizə keçməmişdi. Bu kəndlərin açıqlanmaması insanlarda bəlli bir narahatlıq doğururdu, davamlı olaraq bu haqda sual verilirdi. Bu məsələ artıq həllini tapdı".
    (qaynarinfo)
    PAYLAŞ:

    Oxşar xəbərlər