Qazaxın işğaldakı kəndləri qaytarılır - PAŞİNYANDAN GERİ ADDIM...

Qazaxın işğaldakı kəndləri qaytarılır - PAŞİNYANDAN GERİ ADDIM...
  • Siyasət / Araşdırma / Manşet

  • “Rəsmi İrəvan Azərbaycanla dövlət sərhəddinin delimitasiya və demarkasiyasını sakit tərzdə həyata keçirir. Çünki Baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətləri düzəltmək niyyətindədir və bunun üçün müəyyən qədər geri addım atır”.

    Asiya.az
    xəbər verir ki, bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsadullazadə Qazax istiqamətində sərhəddin demarkasiyasında işğal altında kəndlərin Azərbaycana qaytarılması haqqında danışarkən deyib. O, həmin kəndlərin Azərbaycana qaytarılacağını bildirib:

    “N.Paşinyan xalqın narazılığına əhəmiyyət vermir. Qazax istiqamətində sərhəddin demarkasiyasında işğal altında kəndlərin Azərbaycana qaytarılması da mümkün olacaq. Ermənistan hakimiyyəti bu istiqamətdə provakasiyaya getməyə cəhd etmir. N.Paşinyan yaxşı bilir ki, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma siyasətinə qarşıdır. Amma onun əsas istəyi Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməkdir. Həmçinin, N.Paşinyanın planı Ermənistanı regional layihələrə qoşmaq və Qarabağ məsələsini arxa fona keçirməkdir.

    Hesab edirəm ki, Ermənistanda Rusiyanın siyasi mövqeyinin zəifləməsi regionda sülhün və təhlükəsizliyin təmin olunması deməkdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər