Qalmaqallı ölüm: koronavirus peyvəndi hazırlayan həkimi 14-cü mərtəbədən atdılar

Qalmaqallı ölüm: koronavirus peyvəndi hazırlayan həkimi 14-cü mərtəbədən atdılar
  • Hadisə

  • Koronavirus peyvəndi üzərində çalışan 45 yaşlı alim Aleksandr Kaqanskinin müəmmalı ölümü Rusiyada qalmaqala səbəb olub.

    Asiya.az
    xəbər verir ki, Aleksandr Kaqanskinin 14-cü mərtəbədəki mənzilindən özünü ataraq intihar etdiyi zənn edilsə də, daha sonra onun meyitinin üzərində bıçaq izləri aşkarlanıb.

    Hadisə ilə bağlı cinayət işi başlanılıb. Polis Kaqanskinin 14-cü mərtəbədən düşmədən öncə evdə bir adamla əlbəyaxa olduğunu ehtimal etdiklərini açıqlayıb.

    Həkimin peyvənd istehsalı ilə məşğul olan şirkətlər tərəfindən öldürüldüyü ilə bağlı iddialar var.
    PAYLAŞ:

    Oxşar xəbərlər