Yolka dilemması: Bu il bayram keçirilsin, keçirilməsin? – Yanaşma

Yolka dilemması: Bu il bayram keçirilsin, keçirilməsin? – Yanaşma
  • Cəmiyyət

  • "Əslində yolka məsələsi Rusiyaya qarşı etirazın bir formasıdır. Yeni il bayramında yolka bütün dünyada qurulur".

    Asiya.az
    xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O, qeyd edib ki, yolkaya qarşı fikirlərin Rusiyaya etiraz əlaməti kimi səsləndirilməsi absurddur:

    "Amerika, Avropa, Türkiyə, keçmiş sovet dövlətlərinin hər birində yolka qurulur. Bunu Rusiyaya etiraz əlaməti kimi səsləndirmək bir az absurddur. Yolkanın qurulması Rusiyaya etiraz məsələsi deyil. Mənə elə gəlir ki, kontekst daha çox buradan qaynaqlanır. İkincisi, biz qalib ölkəyik, bayramları daha çox keçirməliyik. Üçüncüsü və ən vacib məsələ biz uşaqların sevincini əlindən almamalıyıq".

    Mehriban Zeynalova bildirib ki, əgər uşaqlar sevinirsə, şənlənirsə, xöşbəxtdirlərsə, yolka niyə də qurulmasın:

    "Nə üçün yaşayırıq? Uşaqların xoşbəxtliyi üçün. Bu xoşbəxtliyi onların əllərindən almaq düzgün deyil. Hər birimiz şəhidlərin ruhuna hörmətlə yanaşırıq. Şəhidlərin özü də bu uşaqların xoşbəxt yaşaması üçün öz həyatlarından keçiblər. Bu, çoxmənalı məsələdir. Kimsə şəhidlərə hörmət əlaməti olaraq matəm saxlayırsa, onlara da hörmət etmək lazımdır. Amma kiminsə uşağının evindəki xoşbəxt sevincini əlindən almaq haqqımız deyil".

    Yolka dilemması: Bu il bayram keçirilsin, keçirilməsin? – Yanaşma
    PAYLAŞ:

    Oxşar xəbərlər