Qənirə Paşayeva şəhid Murad Nəfəsovun anası Gülarə Novruzova ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Murad Nəfəsovun anası Gülarə Novruzova ilə görüşüb - FOTO
  • Araşdırma / Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid əsgər Murad Ocaqdurdu oğlu Nəfəsovun anası Gülarə xanım Novruzova ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid anası, Siz, öz canını Vətən uğrunda fəda etmiş oğulun anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz.
    Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

    Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana doğmadır.
    Biz bilirik ki, sizin fədakar oğlunuz, mədəniyyət beşiyimiz Şuşa şəhərini düşmən tapdağından azad edərkən qəhramancasına şəhid olub.
    Murad kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
    Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

    Şəhid anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
    Görüşdə "Asiya.Az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
    Qənirə Paşayeva şəhid Murad Nəfəsovun anası Gülarə Novruzova ilə görüşüb - FOTO
    Qənirə Paşayeva şəhid Murad Nəfəsovun anası Gülarə Novruzova ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər