190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı
  • Cəmiyyət

  • Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

    Asiya.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

    O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir:

    "Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər