Ermənilərin dünən yaraladığı əsgərimizin görüntüləri yayıldı - VİDEO

Ermənilərin dünən yaraladığı əsgərimizin görüntüləri yayıldı - VİDEO
  • Olay / Asiya TV

  • Dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücumu nəticəsində bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, müddətdən artıq xidmət edən əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

    Asiya.az
    xəbər verir ki, E.Əliyev Beyləqan rayon sakinidir. Yaxınlarının verdiyi məlumata görə, hücum nəticəsində ayağından, qolundan və çiyin nahiyəsindən 7 güllə yarası alıb.

    O, bu gün müalicə üçün Bakıya gətirilib və Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilib. Həkimlər bildirib ki, əsgərin vəziyyəti yaxşıdır.

    Oxu24.com xəbər verir ki, E.Əliyev Beyləqan rayon sakinidir. Yaxınlarının verdiyi məlumata görə, hücum nəticəsində ayağından, qolundan və çiyin nahiyəsindən 7 güllə yarası alıb.

    E.Əliyev Vətən Müharibəsində göstərdiyi igidliyə görə Prezident tərəfindən “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər