Ermənistan müharibəyə başlayır və ... – SENSASİON DETALLAR

Ermənistan müharibəyə başlayır və ... – SENSASİON DETALLAR
  • Araşdırma / Hərb / Manşet

  • Müharibə bütün hallarda arzuolunmazdır. Çünki nəticəsindən asılı olmayaraq hər iki tərəfə çoxlu sayda ölüm gətirir. Ölənlərsə ən çox gələcəyin kapital qoyuluşu olan gənclərdir. Ona görə də müharibə çağırışları hər zaman mənfi assosasiya yaradır. Nə yazıq ki, ağır və faciəli məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində bu gün ən çox müzakirə edilən iki məsələdən biri budur. Çünki müharibə həm də korporativ maraqların kulminasiya nöqtəsidir. Müharibə eyni zamanda, biznesdir. Lakin müharibənin nəticələrini qabaqcadan proqnozlaşdırmaq tarixdə hələ ki, heç bir dövlətə müəssər olmayıb. Ona görə də müharibə ən çox iddiaçıların sonunu gətirib. Son günlər Ermənistanın Üçüncü Qarabağ müharibəsinə başlayacağıı barədə söz-söhbətlər çoxalıb. Amma nəzərə alaq ki, müharibəyə başlamaq üçün Ermənistan dövlətinin və xalqının heç bir iqtisadi-siyasi-hərbi gücü və siyasi-milli birliyi yoxdur.

    BİRİNCİSİ, müharibə etmək istəyən ölkədə iqtisadi sabitlik olmalıdır. Milli valyutanın dönərliliyi təmin edilməlidir. Elə ilk tələbdəcə Ermənistan mat vəziyyətində qalır. Hazırda 1 ABŞ dolları 523 erməni dramına malikdir. Və milli valyuta hər gün dəyərini itirir. Müharibə başlayacağı təqdirdə dram sadəcə bir kağız parçasına çevriləcək.

    Ermənistan iqtisadi böhranın pik həddindədir. Hər ay Ermənistan dövlətinin xarici borcu 100 milyon dollar artır. Erməni ekspertlərinin hesablamalarına görə, hazırda Ermənistanın xarici borcu 8,2 milyard dollardır. Bu isə dövlət büdcəsindən 2,5 dəfə çoxdur. ÜDM-nin isə təxminən 70-75 faizi deməkdir. Ölkənin valyuta ehtiyatları 2020-ci ilin avqust ayına olan hesabata görə 1,5 milyard dollar idi. Ermənistan Mərkəzi Bankının ehtiyatları isə avqust ayında vur – tut 630 min dollar olub.

    Bu minvalla, hələ ikinci Qarabağ müharibəsinə qədər Ermənistanda iqtisadi vəziyyət faciəli idi. Nəzərə alsaq ki, 44 günlük müharibədə Ermənistan hərbi kaputulyasiyaya uğradı. Onda vəziyyət daha dəhşətli mənzərə almış olur. Ermənistan höküməti müharibənin iqtisadi ziyanları haqqında hələlik susur. Ancaq beynəlxalq ekspertlərin fikrincə, müharibənin hər ötən günü Ermənistana 55-60 milyon ABŞ dollarına başa gəlib. Bunu da 44 günə vuranda ən azından 2,5 milyard dollar edir. Bu da Ermənistanın illik dövlət gəlirlərindən xeyli çoxdur.

    Çünki Ermənistan dövlət büdcəsinin təxminən 35-40 faizi xarici ianələr, yardımlar və kreditlər hesabına formalaşır. Üstə gəlsək ki, 44 günlük müharibə Ermənistan ordusuna 4 milyard dollar ziyan vurub. Ordunun maddi-texnika bazasının 70 faizi məhv edilib. Onda Ermənistanın dərdinə nəinki, erməni diasporu, heç Soros fondu da əlac eliyə bilməz. Bu artıq geri dönüşü olmayan iqtisadi fəlakətdir.

    Bu günlərdə erməni mətbuatı yazdı ki, 2021-ci ildə dövlət sektorunda işləyənlərin maaşı azaldılacaq. Çünki büdcənin buna imkanı yoxdur. Sabiq maliyyə naziri David Sarkisyansa dünən bəyan etdi ki, 2020-ci ilin fevral-noyabr aylarında Ermənistanda 1,2 milyard dollar vəsait israf edilib. Bunlar əsasən xaricdən alınan kreditlər və yardımlardır. Bunun büdcə gəlirlərinə dəxli yoxdur.

    Hazırda Ermənistan Mərkəzi Bankının cəmi-cümlətani 305 milyard dram (təxminən 580 min dollar) vəsaiti qalıb. Ona görə də gələn il dövlət büdcəsindən maaşların və təqaüdlərin ödənişi üçün hökumət xarici ölkələrdən kredit almaq məcburiyyətindədir. Üstəlik, son müharibə sayəsində xeyli insan Ermənistana qaçqın kimi gəlib. Onların sosial problemləri də əlavə xərc tələb edir. Və ən nəhayət, Dağlıq Qarabağ və ətraf ərazilərin itirilməsi ilə Ermənistan iqtisadiyyatı ciddi ziyanla üzləşib. Tək bir faktı deyim ki, Kəlbəcərdəki Zod qızıl yatağının əldən çıxması ilə dövlət büdcəsi ildə ən azı 15-17 faiz xalis gəlirdən məhrum olub. Ermənistanda dəmir yolları bu qızıl yatağının daşınmaları hesabına ayaqda dururdu. Ona görə də Ermənistanın müharibəyə başlaması üçün heç bir iqtisadi əsas yoxdur.

    İKİNCİSİ, müharibə etmək istəyən ölkədə siyasi sabitlik olmalıdır. Son 30 ildə Ermənistan bu qədər dərin siyasi böhran görməyib. Ölkədə ciddi qarşıdurmalar var. Hər an vətəndaş müharibəsi başlaya bilər. Ona görə də Ermənistanın müharibəyə başlamasının siyasi əsasları da yoxdur.

    ÜÇÜNCÜSÜ, müharibəyə başlayan ölkənin ən azı bir neçə müttəfiqi və havadarı olmalıdır. Ermənistanda bu cəhətdən də vəziyyət ağırdır. Belə ki, Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya bu günə qədər nə bacardısa onu da etdi. Rusiyanın bundan o yana gücü yoxdur. Fransa və ABŞ-a gəldikdə isə onların Ermənistana hərbi yardım üçün praktik imkanları yoxdur. Bu dövlətlər ən yaxşı halda siyasi dəstək verə bilərlər. KTMT-yə gəldikdə isə təşkilatın nizamnaməsinə görə Ermənistan hücum edərkən deyil, müdafiə olunarkən bu qurumdan dəstək ala bilər.

    DÖRDÜNCÜSÜ, Ermənistanda milli birlik pozulub. Hərə öz yükünü bir tərəfə çəkir. Heç kim mənasız müharibədə döyüşmək və ölmək istəmir. Bir sözlə hərbi sistem həm maddi, həm də mənəvi cəhətdən çöküb. Burda bir xatırlatma edim.1994-cü ilin yazında Azərbaycan Ordusu əks hücum əməliyyatlarına başladı. Müəyyən əraziləri də geri aldı. Lakin Ümummilli lider Heydər Əliyev o zaman müharibəyə yox, atəşkəsə üstünlük verdi. Çünki Azərbaycanın o zaman müharibədə qalib gəlmək şansı yox idi. Ölkə vətəndaş müharibəsindən yenicə qurtulmuşdu. Ölkə iqtisadiyyatı bərbad gündə idi. Büdcə boş, əhali isə ac idi. Sabit ordudansa danışmağa dəyməzdi. Üstəlik, əhalidə ruh düşgünlüyü hələ yoxa çıxmamışdı. Belə bir vəziyyətdə müharibə etmək Azərbaycan üçün daha böyük faciələrə yol açardı. Ona görə də Azərbaycan o zaman atəşkəsə getmək məcburiyyətində idi.

    İndi oxşar mənzərə Ermənistandadır. Belə bir vəziyyətdə olan Ermənistan müharibəyə başlasa, dövlət kimi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalacaq. Bunu mən yox, əksər beynəlxalq hərbi və siyasi ekspertlər deyir. Elə ermənilərin az-çox siyasətdən başı çıxan adamları da bunu etiraf edirlər. Erməni diplomatiyasının bilicisi, Ermənistanın ilk prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityan deyir ki, ”Ermənistanın siyasətində hər zaman bir qorxu hissi var. Hələ 1988-ci ildə daşnak liderlərindən biri deyirdi ki, “Ermənistan müstəqil ola bilməz, yoxsa türklər gəlib hamımızın başını kəsər”. Bu məntiqlə Ermənistan heç vaxt müstəqil ola bilməz və təkbaşına müharibə apara bilməz. Ermənilər ya onlarla (Türkiyə və Azərbaycanla) ünsiyyət qurmağın yolunu tapmalıdır, ya da çantalarını yığaraq başqa bir yerə getməli olacaqlar”. Bu da ermənilərin ən tanınmış siyasətçilərindən birinin son qənaəti.

    Ona görə də Ermənistanın müharibəyə başlayacağı haqqında söhbətlər ancaq daxili auditoriya üçün hazırlanmış bir oyundur. Başqa bir mənası yoxdur. Bir anlıq təsəvvür edək ki, Ermənistan müharibəyə başlayır və cəmi bir neçə aya bir dövlət kimi, məsələn, Latın dövlətikimiyerüzündən silinib gedir
    PAYLAŞ:

    Oxşar xəbərlər