Təhsil İnstitutuna yeni direktor təyin edildi

Təhsil İnstitutuna yeni direktor təyin edildi
  • Siyasət / Manşet

  • Təhsil nazirinin əmri ilə Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin edilib.

    Asiya.az
    Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehova istinadən xəbər verir ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili almışdır. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.


    Rüfət Əzizov Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə həyata keçirdiyi Neft və Qaz Menecmenti üzrə MBA proqramı çərçivəsində "Dizayn təfəkkürü” dərsini tədris edir.

    Bu cür dərslər Rüfət Əzizov tərəfindən Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində keçilir.

    O eyni zamanda, Kimya Mühəndisliyi ixtisası üzrə Magistratura pilləsində, eləcə də Layihələrin İdarəolunması Məktəbində də dərs deyir.

    Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.

    Qeyd edək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr təhsili alıb. O, 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər