Ermənilər 8 əsrlik freskaları qaşıyıb özləri ilə apardılar

Ermənilər 8 əsrlik freskaları qaşıyıb özləri ilə apardılar
  • Sosial

  • "Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".

    Asiya.az
    xəbər verir ki, bunu jurnalistlərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında mədəniyyət naziri Anar Kərimov deyib.

    Nazir qeyd edib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirilib. Bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymətin verilməsinə çalışacağıq". /APA
    PAYLAŞ:

    Oxşar xəbərlər