Moskva-Bakı reysi ilə kimlər gələ bilər?

Moskva-Bakı reysi ilə kimlər gələ bilər?
  • Dünya

  • AZAL Bakı-Moskva-Bakı reysi ilə Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

    Asiya.az
    xəbər verir ki, şirkətin açıqlamasında Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslərin ölkəmizə buraxıla biləcəyi açıqlanıb:
    – Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
    – Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
    – Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
    – Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
    – Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
    Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Uçuşlar həftədə iki dəfə – həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər