“İşgəncəyə məruz qaldığım məsələlər var” – məhkum 6 saylı cəzaçəkmə müəssisəsindən AUDİO səs göndərdi

“İşgəncəyə məruz qaldığım məsələlər var” – məhkum 6 saylı cəzaçəkmə müəssisəsindən AUDİO səs göndərdi
  • Sosial / Araşdırma / Asiya TV

  • “Belə özbaşınalıq olmaz. Adamı yığıblar boğaza. Etiraz üçün aclıq edirsən, adamı yerə yıxıb yeməyi məcburi ağzına tökürlər..”

    Bu sözlər Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Dilqəm Vaqif oğlu Qarayevin Asiya.az-ın redaksiyasına göndərdiyi səs yazısında öz əksini tapır.

    Şikayətçi bildirir ki, “Mənim burada işgəncəyə məruz qaldığım məsələlər var. Telefonun 10 dəqiqəsi 1 manat. Pulun olmadığı təqdirdə imkan vermirlər danışmağa. 12 dəqiqə danışdıqda adamdan 2 manat istəyirlər. 1-2 dəqiqəni belə adama keçəcək etmirlər. Laryokda qiymətlər od tutub yanır. Çöldə 30-40 qəpiyə alınan şey burada 2 manatadır... Görüşdə problemlər yaranır. Ailə üzvlərimizin bizə gətirdiyi ərzağın içəri salınması üçün 30-40 manat pulumuz çıxır.”

    Dilqəm Qarayev sonra deyir ki, “Nəzarətçilərə içəridə pul verməli olursan. Burada havadan başqa hər şey pulnandır. Özü də, od qiymətinə. Burada yaşamaq çox çətindir. Həqiqi çətindir. İki xəstə övladım var. Evdən zəng edib mənimlə danışmaq istədikdə, telefona çağırtdırmırlar. Bilirlər ki, pul verən deyiləm. Həftədə 2 dəfə “payka”mızı vermirlər danışmağa.”

    Asiya.az-ın əməkdaşı məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat katibi Mehmam Sadıqovla əlaqə saxlayıb. O, əməkdaşımıza “Bununla əlaqədar Penitensiar xidmətə rəsmi müraciət etsinlər ki, araşdırsınlar..” - cavabını verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər