Qənirə Paşayeva şəhid polkovnik-leytenant Ramiz Cəfərovun xanımı ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid polkovnik-leytenant Ramiz Cəfərovun xanımı ilə görüşdü - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Vaqif qızı Cəfərova ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, qəhrəman zabitin xanımına "Əziz bacım, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz" deyən Q.Paşayeva ürək sözlərini onunla bölüşüb: "Biz Sizə çox minnətdarıq! Şəhid Qəhrəmanımızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Sizin Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızınız, Nurlan adında oğlunuz var. Qəhrəmanımızın ömrü övladlarında yaşasın. İndi Ramiz Cəfərov adı hamımız üçün əzizdir, doğmadır; Qəhrəman şəhidimizin adı ilk növbədə övladlarının baş ucalığı, alın açıqlığı, qürurudur.
    Həyat yoldaşınız 2016-cı ilin Aprel döyüşlərində də savaşıb. O, hələ sağlığında "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı və bir sıra başqa medallarla təltif olunmuşdu.
    Ramiz Cəfərov kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk"!

    Qəhrəman şəhidimizin həyat yoldaşına Komitə adından Təşəkkür Məktubu və xatirə hədiyyələri təqdim edilib.
    Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüb.

    Qeyd edək ki Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramiz Sübhan oğlu Cəfərov (10.12.1974, Kiyev, Ukrayna - 05.11.2020, Şuşa, Azərbaycan) 1981-1989-cu illərdə Sumqayıt şəhərinin 11 saylı tam orta məкtəbində, 1989-1992-ci illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 1992-1996-cı illərdə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. O, alman, ingilis və rus dillərini bilən peşəkar hərbçi idi.
    Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Ramiz Cəfərov, Vətən Müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

    Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən polkovnik-leytenant Ramiz Cəfərov "Vətən Müharibəsi Qəhrəmanı" yüksək adına layiq görülüb.
    Qəhrəmanımız həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
    Qənirə Paşayeva şəhid polkovnik-leytenant Ramiz Cəfərovun xanımı ilə görüşdü - FOTO
    Qənirə Paşayeva şəhid polkovnik-leytenant Ramiz Cəfərovun xanımı ilə görüşdü - FOTO
    Qənirə Paşayeva şəhid polkovnik-leytenant Ramiz Cəfərovun xanımı ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər