Masallıda həbs edilən Bələdiyyə sədri azadlığa çıxdı

Masallıda həbs edilən Bələdiyyə sədri azadlığa çıxdı
  • Cəmiyyət / Manşet

  • Bu gün Masallı rayonu Ərkivan bələdiyyəsinin sabiq sədri Anar Rəcəbov həbsdən azad edilib.

    Asiya.az
    xəbər verir ki, Masallı Rayon Məhkəməsinin hökmü ilə Anar Rəcəbov 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 10 ay istintaq müddətində həbsdə olduğu üçün onu bu gün məhkəmə zalından azadlığa buraxıblar.

    Qeyd edək ki, Anar Rəcəbovun ötən ilin may ayında vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozmaqda ittiham edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər